20 avqust 2022 18:18
1029

Xalq artisti Şövkət Ələkbərovanın xatirəsi yad ediləcək

Dekabrın 1-də Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində XX əsr Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Şövkət Ələkbərovanın 100 illiyi münasibətilə xatirə gecəsi keçiriləcək.

Sarayın mətbuat xidmətindən "İki sahil"ə veriləın məlumata görə, gecədə unudulmaz sənətkarın repertuarından tanınmış incəsənət xadimlərinin ifasında mahnılar səsləndiriləcək.

Konsertə biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.