"Bu gün Azərbaycan və Serbiya arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur. Bu münasibətlə Serbiya Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı göndəririk. Azərbaycanla Serbiya arasında əməkdaşlığın daha da inkişafına ümid edirik".
"İki sahil" xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Serbiya ilə diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə bağlı tviterdə etdiyi paylaşımında yer alıb.