22 avqust 2022 08:53
765

Lənkəranda veloyürüş keçirilib

Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin qarşısında “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş keçirilib.

“İki sahil” xəbər verir ki, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutan yürüşdə 30-dək həvəskar velosipedçi, həmçinin şəhər sakinləri iştirak ediblər.

Velosipedçilər Mərkəzin qarşısındakı parkda saat 18:00-dan start götürməklə bir saat müddətində dairəvi hərəkət ediblər.

Veloyürüş şəhər sakinlərinin böyük marağına səbəb olub.

Qeyd edək ki, kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.