İrlandiyalı aktyor Cek Qlison evlənib.
“İki sahil” xəbər verir ki, o, aktrisa Roisin O’Mahoni ilə ailə qurub. Toy İrlandiyanın Kerri qraflığında, cütlüyün yaxınlarının iştirakı ilə baş tutub. Mərasimdən olan fotoları yerli keşiş tviter hesabında paylaşıb.
Qeyd edək ki, Cek məşhur “Taxt oyunları” serialında canlandırdığı "Kral Coffri" obrazı ilə tanınıb.