Azərbaycan Özbəkistandan əlvan metal idxal edən ölkələr sırasındadır.
"İki sahil”in Özbəkistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Almalık" mədən-metallurgiya kombinatının bu ilin yanvar-avqust aylarında məhsul ixracına dair nəşrində bildirilir.
Qeyd olunur ki, müəssisə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Belarus, Qazaxıstan, Bolqarıstan, Qırğızıstan, Ukrayna, Polşa, Tacikistan, İndoneziya, Hollandiya, Çin, Türkmənistan, Əfqanıstana da məhsul tədarük edir.
Bundan əlavə, yeni bazarlara ixrac qurulub: Surinam, Keniya, Avstraliya, Litva, Gürcüstan, Portuqaliya, Kanada, Avstriya, İspaniya, Finlandiya, Mərakeş və Sinqapur.
Hesabat dövründə, müəssisə tərəfindən 698 877 000 ABŞ dolları həcmində istehsal olunmuş məhsul ixrac olunub, proqnoza 128,8% əməl edilib.
Proqnoz 114,7% yerinə yetirilməklə 53 906 ton mis məmulatı, o cümlədən katod misi - 50 325 ton, mis çubuqlar - 280 ton, mis borular - 3 301 ton ixrac edilib. Bundan əlavə, 42 183 ton sink məhsulları ixrac edilib. Xarici istehlakçılara 259 ton kadmium tədarük edilib, proqnoza 117,5% əməl edilib.
Bununla yanaşı, 6 318 ton mis sulfat (proqnoz 123,2% yerinə yetirilib), 556 ton molibden məmulatı (146,4%) ixrac edilib. Qurğuşun konsentratının ixracında da yaxşı nəticə əldə edilib - onun 18 011 tonu satılıb, proqnoz 118,5% yerinə yetirilib.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib