Azərbaycan tərəfi Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Bakıda keçirilən "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin inkişaf perspektivlərinə dair Azərbaycan, Rusiya və İran rəsmilərinin iştirakı ilə keçirilən tədbirdə bildirib.
“Bölgədəki vəziyyətin normallaşdırılması üçün sülhdən başqa heç bir alternativ yoxdur və bu, ilk növbədə Azərbaycanla Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması, hörmət edilməsi əsasında dövlətlərarası münasibətlərin təsis edilməsi çərçivəsində əldə edilə bilər”, - o qeyd edib.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib