09 sentyabr 2022 12:37
479

Novak: "Şimal-Cənub" Dəhlizi Rusiya-Azərbaycan-İran əməkdaşlığında mühümdür

"Şimal-Cənub" Nəqliyyat Dəhlizi Rusiya, Azərbaycan və İranın üçtərəfli əməkdaşlıq siyasətinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

“İki sahil” xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin inkişafı ila bağlı keçirilən görüş zamanı bildirib.

Onun sözlərinə görə, dəhlizin nəqliyyat və logistika imkanlarının tamformatlı istifadəsi ölkələr üçün ticari-iqtisadi imkanlar açacaq.

Aleksandr Novak onu da qeyd edib ki, 2-3 ay ərzində dəhlizin inkişafı çərçivəsində "dar" məqamların həllinə dair təkliflər hazırlanmalıdır.

Bununla yanaşı, baş nazirin müavinin sözlərinə görə, maliyyələşdirmə, idarəetmə və operatorluq, maliyyə mənbələri məsələləri də həll olunmalıdır. Bunlar hamısı tamformatlı dövlətlər arası razılaşmanın əldə olunması istiqamətində vacibdir.