Sentyabrda Rusiya Federasiyasının Novosibirsk vilayətindən Azərbaycana 4,9 ton ördək əti idxal olunub.
“İki sahil” Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadla xəbər verir ki, çatdırılmalar idxalçı ölkənin səlahiyyətli orqanı ilə razılaşdırılmış baytarlıq sertifikatının müşayiəti ilə avtomobil yolu ilə həyata keçirilib.
Ördək ətinin ilk ixrac partiyası “Rosselxoznadzor”un regional şöbəsinin mütəxəssislərinin nəzarəti altında Novosibirsk quşçuluq müəssisələrindən birində hazırlanıb.
Məhsullar keyfiyyət və təhlükəsizlik üçün lazımi laboratoriya nəzarətindən keçib, Avrasiya İqtisadi İttifaqının baytarlıq-sanitariya tələblərinə və Azərbaycanın baytarlıq tələblərinə uyğundur.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib