Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində yaradılmış “Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi” İşçi Qrupunun təşkilatçılığı ilə onlayn seminar keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi məlumat yayıb.
“Bərpa olunan enerji üzrə dəstək mexanizmləri” mövzusunda keçirilən onlayn seminarda İşçi Qrupunun həmsədrləri - Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mustafa Çalışkan, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdirinin müavini Cəbrayıl Əliyev və hər iki ölkənin aidiyyəti qurumlarından olan mütəxəssislər iştirak ediblər.
Görüşdə bərpa olunan enerji dəstək mexanizmi üzrə qanunvericilik, dəstək mexanizminin üsulları, bərpa olunan enerji mənbəyinə dair sertifikat sistemi və digər məsələlər üzrə fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Xatırladaq ki, Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu 21-22 dekabr 2021-ci il tarixlərində Bakıda keçirilib.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib