Oktyabrın 2-5-i tarixlərində Türkiyənin İstanbul şəhərində Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MÜSİAD) təşkilatçılığı ilə “MUSİAD Expo 2022” sərgisi keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə MÜSİAD məlumat yayıb.
Məlumata görə, 19-cu dəfə təşkil ediləcək sərgidə Azərbaycanla yanaşı dünyanın 124 ölkəsindən 100 mindən çox nümayəndə iştirak edəcək.
“MUSİAD Expo 2022” sərgisi TÜYAP İstanbul Sərgi və Konqres Mərkəzində açılacaq.
“Avropa, Asiya, Afrika və MENA regionundan çox ciddi iştirak var. Bir çox ölkədən, xüsusilə Azərbaycan, Rusiya, Qətər, Səudiyyə Ərəbistanı, Mərakeş, İndoneziya, Nigeriya, Pakistan, İran, Əlcəzair kimi ölkələrdən ixtisaslı satınalma heyətləri "MÜSİAD Expo 2022” sərgisində iştirak edəcək.
24 fərqli sektordan sərgi iştirakçılarını və ziyarətçiləri bir araya gətirəcək B2B görüşlərin müsbət nəticələr verəcəyini gözləyirik. Qlobal və regional ticarətə istiqmət verəcək bu möhtəşəm görüş üçün həyəcanlıyıq”, - MÜSİAD-ın prezidenti Mahmut Asmalı deyib.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib