İtaliyanın ekoloji modernləşdirmə və transformasiya üzrə naziri Roberto Çinqolani Avropa Komissiyasının sentyabr ayı ərzində qazın qiymətinin yuxarı həddi barədə təklifini təqdim edəcəyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, Roberto Çinqolani “La Repubblica” qəzetinə müsahibəsində deyib ki, Avropa İttifaqına üzv 15 ölkə qazın qiymətinin məhdudlaşdırılmasını dəstəkləyir.
Roberto Çinqolani bildirib ki, Almaniyanın iqtisadiyyat və ətraf mühitin mühafizəsi məsələləri üzrə naziri Robert Xabek bu təklifi dəstəkləyir. Ancaq Almaniya hökuməti öncə qazın qiymətinə hədd qoyulmasının Avropa İttifaqına üzv ölkələr üçün yarada biləcəyi riskləri öyrənəcək.
İtaliyanın ekoloji modernləşdirmə və transformasiya üzrə naziri yalnız Rusiya qazı üçün yuxarı qiymət həddi müəyyənləşdirməyi isə mənasız sayıb. Eyni zamanda Avropanın dünyada böyük qaz alıcısı kimi qiymət müəyyənləşdirməsini biznes və vətəndaşların qorunması üçün ədalətli addım olduğunu vurğulayıb.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib