Türkiyə 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 33,5 faiz artıraraq 136,2 milyon dollara çatdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.
Avqust ayında Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 1,5 faiz azaldaraq 15,6 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 9,6 milyard dollara bərabər olub.
Bu ilin avqust ayında Türkiyə 4,3 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 1,3 faiz çoxdur.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2021- avqust 2022) Türkiyə 14,7 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib