Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Qubanın Tülər düzü və Tülər kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.
"Azərişıq" ASC-nin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində Tülər düzü və Tülər kəndlərində ümumilikdə 7 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 6 km-a yaxın 10 kV-luq, 16 km-dan çox 0,4 kV-luq elektrik xətləri yenilənəcək.
Nəticədə 1000-ə yaxın sakin keyfiyyətli elektrik enerjsi ilə təmin olunacaq.
Qubanın 4 kəndində - Aşağı Tüləkəran, Yuxarı Tüləkəran, Suxtakələ və Əski-İqriq kəndlərində isə işlər yekunlaşıb. Artıq yeninlənmiş şəbəkə abonentləri keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edir.
1000-dən artıq sakini olan 4 kənddə ümumilikdə, 7 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 7 km-a yaxın 10 kV-luq, 14 km-dan artıq 0,4 kV-luq elektrik xətti yenilənib. Abonentlərin sayğacları dəyişdirilib.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. Mərhələli şəkildə kəndlərin, xüsusilə ucqar ərazilərin elektrik şəbəkəsi tam yenilənir.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib