Dağıstan rəhbərliyi Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün Xəzər hövzəsi ölkələri ilə əlaqələr quracaq.
“İki sahil” Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Şərq İqtisadi Forumu çərçivəsində regionun rəhbəri Sergey Melikov məlumat verib.
Onun sözlərinə görə, yaxın vaxtlarda regiondan nümayəndə heyəti İran və Azərbaycana səfər etməyi planlaşdırır.
"Bu gün biz Xəzər hövzəsinin bütün ölkələrini tərəfdaş hesab edirik. Burada nəqliyyat-logistika dəhlizinin inkişafı çərçivəsində bizə daha yaxın olanlarla bu marağı anlamaq üçün ardıcıl şəkildə işləyirik”, - deyə Sergey Melikov qeyd edib.
Sergey Məlikov həmçinin qeyd edib ki, regionun Azərbaycanla “yaxşı qonşuluq münasibətləri” inkişaf edib və bu gün ölkələr arasında yaradılan hökumətlərarası komissiya digər məsələlərlə yanaşı, nəqliyyat-logistika dəhlizinin imkanlarının genişləndirilməsi üçün keçid məntəqələrinin işinin keyfiyyətinin yaxşılaşdırılmasını nəzərdən keçirir.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib