12 sentyabr 2022 13:59
496

Energetika Nazirliyi və AYİB arasında memorandum imzalanacaq

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Avropa Yenidənqurma və İnkişaf Bankın (AYİB-EBRD) prezidenti Odile Renaud-Basso Cənub Qaz Dəhlizinin (CGD) genişləndirilməsinə maliyyə dəstəyi məsələsini müzakirə ediblər.

“İki sahil” xəbər verir ki,  bu barədə energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.

“Biz Odile Renaud ilə CGD-nin genişləndirilməsinə maliyyə dəstəyi və yaşıl enerji üzrə çoxşaxəli əməkdaşlığımızın prioritetləri barədə səmərəli müzakirələr apardıq. Nazirlik və AYİB arasında enerji sektorunun inkişafına texniki dəstək haqqında memorandum imzalamağı planlaşdırır”, - paylaşımda bildirilir.