“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları bloku istismara veriləndən cari ilin 1 sentyabr tarixinədək 199 mlrd. kubmetr qaz hasil edilib.
“İki sahil” xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən cari ilin 1 sentyabr tarixinədək isə 174 mlrd. kubmetrə yaxın qaz hasil edilib.
“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 121 mlrd. kubmetri ixraca nəql edilib” - məlumatda qeyd olunub.
Xatırladaq ki, “Şahdəniz”dən hazil edilən qaz Avropaya da ixrac olunur.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib