Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 17 976,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 2,9% çoxdur.
"İki sahil"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi hesabat dövründə 17 384,6 mln. kVt-saat təşkil edib (+2,7%).
Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjinin 16 025,2 mln. kVt-saat istilik (+0,8%), 1 291 mln. kVt-saat su elektrik (+36,9%) stansiyaların payına düşüb.
Qeyd edək ki, ölkədə istehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib