Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən sentyabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçirilib.
Agentlikdən “İki sahil”ə verilən məlumata görə, hərracda 1 lot üzrə “Çaykənd” bazalt yatağı satışa çıxarılıb.
Başlanğıc qiyməti 354 800 manatdan başlayan yatağın xammalı olan bazalt süxurları, daş yunu istehsalı üçün yararlıdır. Yatağın qiyməti onun ehtiyat həcminə görə müəyyənləşir.
Hərracda “Azerbazalt Elmi – İstehsalat Birliyi” MMC qalib gəlib.
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib