Türkiyə 2022-ci ilin yanvar-avqust aylarında İrana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 39,4 faiz artıraraq 122,5 milyon dollara çatdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.
Avqust ayında Türkiyə İrana elektrik avadanlıqları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 24,8 faiz azaldaraq 16,4 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 9,6 milyard dollara bərabər olub.
Bu ilin avqust ayında Türkiyə 4,3 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 1,3 faiz çoxdur.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2021- avqust 2022) Türkiyə 14,7 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib