Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Şişin Çen ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Nazirlər Kabinetindən bildirilib ki, görüş zamanı Azərbaycan ilə AİB arasında uzunmüddətli səmərəli tərəfdaşlığın inkişafından məmnunluq ifadə edilib.
Birgə həyata keçirilən layihələrin icra vəziyyəti, AİB-in 2024-2028-ci illəri əhatə edəcək ölkə üzrə tərəfdaşlıq strategiyasının əsas prioritetləri və əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib