Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov ilə Asiya İnkişaf Bankının (AİB) Vitse-Prezidenti Şiksin Çenin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
ARDNF-dan “İki sahil”ə verilən məlumata görə, görüş zamanı İsrafil Məmmədov qonaqlara Fondun investisiya siyasəti, investisiya portfelinin başlıca istiqamətləri, Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələr, ölkədə makro-iqtisadi sabitliyin təmin olunmasında Fondun rolu, Azərbaycan Respublikasının 2022-2026-cı illəri əhatə edən Sosial-iqtisadi İnkişaf Strategiyasının əsas hədəfləri barədə AİB-in nümayəndə heyətinə geniş məlumat verərək, AİB-nin Azərbaycanda həyata keçirdiyi təşəbbüsləri yüksək qiymətləndirib.
Şiksin Çen Azərbaycana gəlişindən məmnunluq duyduğunu bildirərək, AİB ilə Azərbaycan arasında gələcəkdə Dayanıqlı İnkişaf sahəsində əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib