Bu ilin yanvar-iyun aylarında təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 2.1 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilib.
"İki sahil” Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, daxilolmalar 1.7 mlrd. dollar, ödənişlər isə 0.4 mlrd. dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 96.7%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 2.1%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 1.2%- ni isə digər daxilolmalar təşkil edir.
Ölkəyə göndərilən pul baratlarının həcmi 3.3 dəfə artaraq 1.6 mlrd. dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 17.4% artaraq 0.3 mlrd. dollar olub. Nəticədə pul baratları üzrə 1.3 mlrd. dollar müsbət saldo yaranıb.
Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 1.3 mlrd. dollarlı (5.9 dəfə artım) təşkil edib.
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib