15 sentyabr 2022 18:45
559

Vergi orqanlarının büdcə öhdəliyi 13 milyard manatdan çox olacaq

Gələn il Azərbaycanın vergi orqanlarının büdcə öhdəliyi 13 milyard manatdan çox olacaq

2023-ciüildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin büdcəyə 13 402 milyon manat vəsait köçürəcəyi gözlənilir.

“İki sahil” bu barədə Maliyyə Nazirliyinə istinadla xəbər verir.

Məlumata görə, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 14,2% çoxdur.