Məcmu tələbin bütün komponentləri iqtisadi aktivliyin yüksək qalmasına şərait yaradır.
Azərbaycan Mərkəzi Bankından “İki sahil”ə verilən məlumata görə, 2022-ci ilin 8 ayında ümumi daxili məhsul real ifadədə 5.8%, o cümlədən qeyri-neft sektoru üzrə 10.3% artıb.
Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə avqustda əvvəlki aya nəzərən biznes inam indeksi ticarətdə yüksəlmiş, qeyri-neft sənayesi və xidmət sektorlarında isə demək olar ki, sabit qalıb.
2022-ci ilin 8 ayında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 2.8%, qeyri-neft investisiyalarının həcmi 22.5% artıb.
8 ayda dövlət büdcəsi xərclərinin 16.2% artması həm istehlak, həm də investisiya tələbinə təsir göstərmişdir. İşğaldan azad edilmiş ərazilərdə iri miqyaslı bərpa işlərinin aparılması iqtisadi artımı dəstəkləməkdə davam edir.
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib