16 sentyabr 2022 13:20
597

Zəngəzur dəhlizi böyük potensiala malikdir

"Zəngəzur dəhlizi Türk Dövlətləri Təşkilatı çərçivəsində ticarətin artırılması üçün böyük potensiala malikdir".

“İki sahil” xəbər verir ki,  bunu Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

"Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ticarət-iqtisadi əlaqələrinin inkişafına böyük töhfə verib.Türk dövlətləri arasında əməkdaşlığın əsas prinsipi ticarət-iqtisadi sahədə əməkdaşlıqdır. Bu gün türkdilli ölkələrin illik ticarət dövriyyəsinin dəyəri 5 milyard ABŞ dollarıdır ki, bunun da 15%-i Azərbaycanın payına düşür. Biz bu ölkələr arasında ticarət potensialını 500 milyard dollar səviyyəsində görürük”, - deyə o qeyd edib.