17 sentyabr 2022 16:15
729

Mərkəzi Bankda vətəndaş qəbulu artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) 796 vətəndaş qəbul edilib.

“İki sahil”  AMB-yə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur.

8 aylıq qəbulların 499-u kredit təşkilatları, 256-i sığorta şirkətləri, 21-i investisiya şirkətləri, 20-si isə digər məsələlərlə bağlı olub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 2,65 dəfə, 11,1 dəfə, 3 dəfə və 2 dəfə çoxdur.