19 sentyabr 2022 12:23
503

Azərbaycana mebel idxalı avqustda 14%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 70 149,22 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

"İki sahil"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 15% artıb.

Bu ilin iyul ayı ilə müqayisədə isə avqustda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 1 309,62 min dollar və ya 14,1% artıb. Avqust ayında ölkəyə 10 590,39 min dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, bu ilin ilk səkkiz ayında bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,79% bərabər olub.