Tezliklə Rusiya qazının Azərbaycan vasitəsi ilə İrana svop edilməsi sazişi icra olunacaq.
“İki sahil” xəbər verir ki, bu, İranın Neft Nazirliyinin İranın Milli Neft Şirkəti ilə Rusiyanın "QazProm" şirkəti arasında 40 milyard dollar dəyərində imzalanan saziş çərçivəsində Rusiya qazının satın alınması və svop edilməsi haqda yaydığı məlumatda öz əksini tapıb.
Məlumata görə, Azərbaycan vasitəsi ilə gündəlik 15 milyon kubmetr qaz İrana svop ediləcək. Məlumatda bildirilir ki, gündəlik 6 milyon kubmetr Rusiyanın LNG qazı İrana svop ediləcək və İranın cənubu vasitəsi ilə ixrac olunacaq. Məlumatda əlavə olunur ki, həmçinin gündəlik 9 milyon kubmetr maye qaz İrana svop olunacaq.
Məlumatda deyilir ki, İran qazının Pakistan və Omana ixrac olunması üzrə boru xətlərinin çəkilməsi, İranda LNG üzrə layihələr çərçivəsində işlərin həyata keçirilməsi İranın Milli Neft Şirkəti ilə Rusiyanın QazProm Şirkəti arasında imzalanan anlaşmanın digər müddəalarıdır.
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib