2022-ci ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 354 milyon 489 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu dövr ərzində diri çəkidə ət istehsalı 16 563 ton, süd istehsalı 71 266 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 8 faiz, süd istehsalı isə 1,5 faiz artıb.
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib