22 sentyabr 2022 10:19
479

Naxçıvanda əsas kapitala yönələn vəsaitin həcmi artıb

Naxçıvan Muxtar Respublikasında vəsait qoyuluşları çərçivəsində bu ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 674,78 mln. manat vəsait yönəldilib.

Naxçıvan Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, bu bir il öncəki göstəricidən 1,6% çoxdur.

Əsas kapitala yönəldilən vəsaitin 644,91 mln. manatı və ya 95,6%-i tikinti-quraşdırma işlərinin payına düşüb.