22 sentyabr 2022 16:31
519

Bolqarıstanın qaza tələbatının 19 %-i Azərbaycan hesabına ödəniləcək

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Bolqarıstanın energetika naziri Rosen Xristov Rumıniyada ikitərəfli enerji əməkdaşlığının inkişafını müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.

“Rumıniyada Bolqarıstanın energetika naziri Rosen Xristov ilə ikitərəfli enerji əməkdaşlığının inkişafını müzakirə etdik. İlin sonuna Bolqarıstanın qaza tələbatının 19 %-i Azərbaycan hesabına ödəniləcək”, - paylaşımda qeyd edilir.