Azərbaycanda elektromobil və hibrid avtomobillərə aşağı ilkin ödənişlərə kredit verilişinə başlanılır.
“İki sahil” xəbər verir ki, ilkin olaraq "Kapital Bank" yeni kredit məhsulunu bazara çıxarmağa hazırlaşır. Bu barədə Bankın Pərakəndə satış departamentinin direktoru Məhəmməd İbrahimov məlumat verib. O bildirib ki, təklif edilən kreditin həcmi 100 min manat təşkil edir. Kreditin müddəti 48 ay, ilkin ödəniş 10%, kredit üzrə faiz 7% olacaq.
"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Pərakəndə bankçılıq departamentinin direktoru Rüfət Abbasov isə bildirib ki, ekoloji təmiz nəqliyyat vasitələri üzrə krediti 24 ay müddətinə 13% faiz , 24-60 ay müddətində isə 14%-lə təklif edəcək.
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib