Ekoloji təmiz nəqliyyat vasitələri ilə bağlı kreditlərdə ilkin ödənişin azaldılması Azərbaycanda avtoparkın yenilənməsinə töhfə verəcək.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini Samir Rzayev deyib.
O bildirib ki, Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda” oktyabrın 1-dən qüvvəyə minəcək.
"Düşünürük qaydaların təsdiq edilməsi və bu qaydalar əsasında bankların bazara məhsullar çıxarması maliyyə əlçatanlığının artırılmasında mühüm rol oynayacaq, elektrik və hibrid avtomobillərin istifadəsinin genişləndirilməsinə şərait yaradacaq", - deyə Samir Rzayev əlavə edib.
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib