26 sentyabr 2022 16:25
447

Azərbaycanda əmanətlərin dollarlaşması 5% azalıb

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması avqust ayında əvvəlki aya nəzərən 0.2 faiz bəndi azalıb.

"İki sahil" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması ötən ilin müvafiq dövrünə nəzərən 5 faiz bəndi azalaraq 39.7% təşkil edib.