27 sentyabr 2022 16:25
554

Pərviz Şahbazov Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 2-ci iclasında iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov sentyabrın 28-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclasında iştirak edəcək.

“İki sahil” xəbər verir ki, tədbirdə təşkilat çərcivəsində neft-qaz, neft-kimya, bərpa olunan və ağıllı enerji, enerji səmərəliliyi sahələrində əməkdaşlıq, yaşıl enerji keçidi, dayanıqlı enerjinin inkişafı üzrə müzakirələr aparılacaq.

İclasda nazir Pərviz Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.