29 sentyabr 2022 10:54
477

“Şimal axını” kəmərlərində qaz sızmasının yeni sahələri aşkarlanıb

İsveç Sahil Mühafizəsi Xidməti “Şimal axını-1” və “Şimal axını-2” kəmərlərində qaz sızmasının yeni sahəsini aşkar edib.

"İki sahil" İsveçin “Svenska Dagbladet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Xidmətinin nümayəndəsi Cenni Larsson məlumat verib.

O, qaz sızmalarının aşkarlandığı 2 sahənin İsveç ərazisində olduğunu vurğulayıb: “4 sızma nöqtəsindən 2-si bilavasitə İsveç iqtisadi zonasında aşkarlanıb”.

Cenni Larrsson həmçinin əlavə edib ki, digər 2 sızma nöqtəsi isə Danimarkanın iqtisadi zonasındadır.