29 sentyabr 2022 12:58
503

Son iki il ərzində 60 startap sertifikatı verilib

Son iki il ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 60 startap sertifikatı verib.

“İki sahil” xəbər verir ki, bunu KOBİA-nın İdarə heyəti sədrinin müavini Samir Hümbətov "Azərbaycanda fintex ekosistemi - bu gün və sabah" adlı tədbir zamanı deyib.

Onun sözlərinə görə, gələcəkdə sertifikatların verildiyi startap layihələrin maliyyələşdirilməsi məsələsinin işlənməsi nəzərdə tutulur.

"Sertifikat almış bəzi startapçılar var ki, onlardan gözlənilən fəaliyyəti göstərə bilmir. Ona görə də maliyyələşmə və kreditləşmə alətlərinin yaradılması lazımdır", - deyə o bildirib.