30 sentyabr 2022 11:30
581

Azərbaycan Polşada keçiriləcək turizm sərgisində iştirak edəcək

Azərbaycan noyabrın 24-26-da Polşanın paytaxtı Varşavada keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək.

“İki sahil” xəbər verir ki, ölkəmizi tədbirdə Dövlət Turizm Agentliyi təmsil edəcək.

Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb.