Bu ilin yanvar-sentyabr ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən 189,9 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
"İki sahil"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,5 mln. dollar və ya 12,7% artıb.
Bu ilin avqust ayı ilə müqayisədə isə sentyabrda ixracın dəyəri 3,8 mln. dollar və ya 18,2% azalaraq 24,7 mln. dollar təşkil edib.
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib