İzmir Ticarət Evinin tərkibinə daxil olan şirkətlərin əməkdaşlarından ibarət nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub. Görüşdə Türkiyədə müxtəlif sahələrdə fəaliyyət göstərən 10-dan çox şirkətin nümayəndəsi iştirak edib.
“İki sahil” xəbər verir ki, qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları və aqroparklarda yaradılmış əlverişli şərait, investisiya imkanları barədə məlumat verilib, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanlarına dair müzakirə aparılıb.
Türk iş adamları Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, sürtkü yağları və müxtəlif növ tikinti məhsullarının istehsalı müəssisələri ilə tanış olublar.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir