Bu ilin yanvar-avqust aylarında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,5 faiz artaraq 17 506,6 milyon manat olub.
Bakı Statistika İdarəsindən “İki sahil”ə verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artaraq 9 676,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,8 faiz artaraq 7 830,4 milyon manata bərabər olub.
İstehlak məhsullarının 36,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib