30 sentyabr 2022 18:07
579

Avrozonada inflyasiya rekord həddə çatıb

Avrozona ölkələrində inflyasiyanın orta göstərici rekord həddə çataraq 10 faizə bərabər olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Eurostat" Avropa statisika qurumu bildirib.

Qeyd olunub ki, avrozonada ən yüksək inflyasiya 20 faizdən çox göstərici ilə Baltikyanı ölkələrdə (Litva, Latviya, Estoniya) qeydə alınıb.

Almaniyada isə illik inflyasiya 10,9 faizə çataraq son 71 ildə qeydə alınmış ən yüksək göstərici olub.

Hesabata əsasən, avrozonada enerji daşıyıcıları qiyməti 40,8 faiz, ərzaq məhsulları isə11,8 faiz bahalaşıb.