“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs - red.) Nazirlərin Monitorinq Komitəsinin və bütün alyansın nazirlərinin oktyabrın 5-də Vyanada oflayn iclasının keçirilməsi barədə qərar qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) rəsmi elanına istinadla xəbər verir.
“Birgə Nazirlərin Monitorinq Komitəsinin (JMMC) 45-ci iclası və OPEC və qeyri-OPEC nazirlərinin 33-cü toplantısı 5 oktyabr 2022-ci il çərşənbə günü Avstriyanın paytaxtı Vyanada OPEC Katibliyində şəxsən (oflayn - red) keçiriləcək”, - təşkilatın mesajında deyilir”, - elanda qeyd olunur.
Bu görüşlər qlobal COVID-19 pandemiyası ilə əlaqədar nazirlərin videokonfrans vasitəsilə görüşməyə başladığı 2020-ci ilin martından bəri ilk dəfə oflayn rejimdə keçiriləcək.
Qeyd edək ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib