02 oktyabr 2022 14:37
492

Səudiyyə Ərəbistanının şoppinq festivalı “Ginnesin rekordlar kitabı”na daxil edilib

Səudiyyə Ərəbistanda şənbə günü start götürən və oktyabrın 14-dək davam edəcək “Outlet 2022” şoppinq festivalı “Ginnesin rekordlar kitabı”na daxil edilib. Krallığın Baş Əyləncə Departamentinə təqdim edilən müvafiq sertifikatda qeyd olunub ki, bu, dünyanın ən böyük şoppinq festivalıdır.

"İki sahil" xəbər verir ki, festivalın keçirildiyi 145 min kvadratmetrlik Ticarət Mərkəzində 1500-dən çox beynəlxalq brend təmsil olunur. “Nike”, “Zara”, “Adidas”, “Lacoste” və s. məşhur firmalar öz mallarını alıcılara 70 faiz endirimlə təklif edirlər. Festivala, həmçinin elektronika malları, ev əşyaları üzrə dünyanın ən aparıcı şirkətləri də qatılıb. Bundan başqa, restoran və iaşə xidmətləri üzrə qabaqcıl beynəlxalq kompaniyalar da Ticarət Mərkəzində alıcılara xidmət göstərirlər.