13 avqust 2026 20:30
87

Pentaqon ABŞ-nin nüvə strategiyasında əhəmiyyətli dəyişikliklər gözləmir

Pentaqon ABŞ-nin nüvə strategiyasına yenidən baxılmasının nəticələrinə əsasən ciddi dəyişikliklər gözləmir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi Dövlət Departamentinin mətbuat xidmətinin təqdim etdiyi stenoqramda bildirib.

Ondan "NBC News" telekanalının məlumatını şərh etmək xahiş olunub. Telekanalın məlumatına görə, ABŞ Rusiya və ya Çinlə münaqişə ehtimalı üçün kiçik mənzilli taktik nüvə silahının mümkün tətbiqinə vurğu etməklə yenilənmiş nüvə strategiyası hazırlayır. "Biz hələ də yenidən baxılmanı həyata keçiririk və söhbət kifayət qədər dar çərçivəli yenidən baxılmadan gedir. Bu, nüvə strategiyasına tam şəkildə yenidən baxılması deyil. Bu, daha çox nüvə silahının mümkün tətbiqinin konkret variantlarına aiddir. Əlbəttə ki, bizim məqsədimiz çəkindirmə və sabitliyi pozmaq deyil, onları qoruyub saxlamaqdır", — deyə Kolbi hazırkı məqamadək hər hansı qərarın qəbul edilmədiyini qeyd edib.

"Aydınlaşdırmaq istərdim ki, biz diqqəti taktik nüvə silahına yönəltməyə çalışmırıq. Düşünürəm ki, bu barədə media məlumatlarında müəyyən dəqiqəsizlik var", — deyə Pentaqon rəhbərinin müavini vurğulayıb. Onun sözlərinə görə, ABŞ gücün, o cümlədən nüvə silahının mümkün miqyaslı tətbiqinin rasional olmasına və ABŞ-nin maraqlarına uyğun gəlməsinə nail olmaq niyyətindədir.