İyulun sonunda qeyri-qanuni miqrantların kütləvi axınından sonra İspaniyanın Seuta muxtar şəhərində təxminən 5 min miqrant qalmaqdadır.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlasqa bildirib.
Nazirin sözlərinə görə, hazırda yaşayış məntəqəsində təxminən 880 polis və 714 mülki qvardiya əməkdaşı yerləşdirilib. DİN rəhbəri hüquq-mühafizə orqanlarının varlığını daha da gücləndirəcəyinə söz verib.
O, həmçinin Seutaya qanunsuz yolla daxil olmaq niyyətində olanlara müraciət edərək əmin edib ki, onların heç biri şəhərdə qalmayacaq. Nazir şəhərdə təxminən 5 min qanunsuz miqrantın qaldığını dəqiqləşdirib.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib