Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanının hərbi alyansı yalnız müdafiə məqsədilə yaradılıb və hər hansı ölkəyə və ya ölkələr qrupuna qarşı yönəlməyib. Alyansın bütün iştirakçıları xalqlar arasında sabitliyin, sülhün və əməkdaşlığın tərəfdarıdır.
“İki sahil” xəbər verir ki, bu barədə TASS-a Pakistanın Moskvadakı səfiri Feysəl Niyaz Tirmizi bildirib.
O vurğulayıb ki, Məkkə paktı hər hansı ölkəyə və ya ölkələr qrupuna qarşı yönəlməyib. "Bu müqavilə müdafiə xarakteri daşıyır", — deyə diplomat qeyd edib. "Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı sülh və sabitliyin, xalqlar arasında təmasların və əməkdaşlığın tərəfdarıdır. Bu alyans hər hansı bir ölkəyə qarşı yönəlməyib".
"O cümlədən, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanının hərbi alyansı Rusiyaya qarşı da yönəlməyib"-, deyə Tirmizi əmin edib. "Bu, inklüziv sülhdür və biz inanırıq ki, yalnız regional ölkələr bu regionda sülhü bərqərar edə və saxlaya bilərlər", — deyə Pakistan səfiri diqqətə çatdırıb.