02 oktyabr 2022 22:10
493

Əminə Ərdoğan Zelenskaya ilə görüşüb

Türkiyənin birinci xanımı Əminə Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskayanı qəbul edib.

“İki sahil” xəbər verir ki, Əminə Ərdoğan bu haqda tviter hesabında yazıb.

“Ukrayna Prezidentinin həyat yoldaşı, əziz dostum Yelena Zelenskayanı İstanbulda qəbul etməkdən şad oldum. İnanıram ki, biz Ukrayna xalqının, xüsusən də müharibə qurbanı olan qadın və uşaqların yaralarını birlikdə sağaldacağıq”, - paylaşımda qeyd olunub.