03 oktyabr 2022 16:55
487

Mikayıl Cabbarov İstanbulda Birgə Maliyyə Strateji Sənədinin təqdimatında iştirak edib FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə İstanbulda keçirilən Birgə Maliyyə Strateji Sənədinin təqdimatında iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə nazir məlumat verib.

"Sənəd qlobal çağırışlar fonunda maliyyə sisteminin alternativ maliyyələşdirmə alətləri vasitəsilə inkişafına, 2022-2025-ci illərdə hüquqi, idarəetmə və institusional infrastuktunun təkmilləşdirilməsinə önəmli töhfə verəcək", - deyə o, qeyd edib.