İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzində müasir dövrün tələblərinə uyğun peşəyönümlü kadr hazırlığı həyata keçirilir.
“İki sahil” xəbər verir ki, hazırda Mərkəzdə 15 ixtisas üzrə 280-dən çox tələbə təhsil alır və dərslər peşəkar mütəxəssislər tərəfindən tədris edilir. Həmçinin İZİA-nın Peşə Təhsil Mərkəzi məzunlarının iş tapmalarında onlara yaxından dəstək göstərir. Belə ki, 2021-2022-ci tədris ili müddətini müvəfəqiyyətlə başa vurmuş 73 tələbədən 31-i müxtəlif sənaye müəssisələrində işlə təmin edilib. Ümumilikdə indiyədək Peşə Təhsil Mərkəzini 146 nəfər tələbə bitirib ki, bunlardan da 60 nəfərin işlə təmin edilməsinə köməklik göstərilib.
Qeyd edək ki, 2020-ci ilin sentyabrından fəaliyyətə başlayan Peşə Təhsil Mərkəzində ixtisas fənləri üzrə praktik dərslər sənaye müəssisələrində (“STP” MMC, “STDC” MMC, “Azertexnolayn” MMC, “Tabaterra” QSC, “Tempaz” MMC, “VELİEV” MMC, “A-KOND 1” QSC, “İmagro” MMC və s.) keçirilir.
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib